Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Beşinci fəsil” sənədli filminin təqdimatı keçirilib

14/11/2017

BDU-nun Jurnalistika fakültəsində “Beşinci fəsil” sənədli filminin təqdimatı keçirilib. Tədbirin aparıcısı Leyla Rəşid fakültənin professor-müəllim heyətini, tələbələri və qonaqları salamlayıb, “Beşinci fəsil” sənədli filmi barədə qısa məlumat verib. O, bildirib ki,  “Azərbaycan ailəsi-2017” IX film festivalının “Ən yaxşı televiziya verilişi” mükafatına layiq görülən “Beşinci fəsil” sənədli filmi alim, professor Cahangir Məmmədlinin ömür və fəaliyyət yoluna həsr olunub.

Daha sonra “Beşinci fəsil” sənədli filmi və Jurnalistika fakültəsinin tədris-teleradio studiyasında hazırlanmış “Maraq nöqtəsi” tələbə verilişinin nümayişi keçirilib.

Tədbirdə iştirak edən fakültə dekanı, dosent Vüqar Əliyev, kafedra müdirləri Allahverdi Məmmədli, Həmid Vəliyev, professor Akif Rüstəmov, tədris-teleradio studiyasının əməkdaşı Ramin Rzayev filmi ərsəyə gətirən yaradıcı heyətə təşəkkürünü bildirib, C.Məmmədliyə yaradıcılıq uğurları arzu ediblər.

Filmin ssenari müəllifi Rəşad Cəfərov, quruluşcu rejissoru Röyal Əliyev belə bir tədbirin təşkili üçün fakültə rəhəbərliyinə minnətdarılıqlarını bildiriblər.

Qeyd edək ki, festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılmasıdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009