Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudovanın “Türkiyə Cümhuriyyətində kütləvi informasiya vasitələri” fənni üzrə hazırladığı proqram çap olunub. Göstərilən fənn Türkiyənin əsasən Cümhuriyyət dövrü mediasını öyrənərək bu sahədə baş verənləri tarixi, müasir, həmçinin ictimai-siyasi aspektlərdən araşdırır, müxtəlif kütləvi informasiya vasitələrinin yaranması, inkişafı və onların cəmiyyətə təsiri (və əksinə) haqqında məlumatı əhatə edir. Bu baxımdan, adıçəkilən proqram universitetlərin Tarix, Jurnalistika, Beynəlxalq münasibətlər fakültələrində təhsil alan, həmçinin Türkiyəşünaslıq ixtisasına yiyələnmək istəyən bakalavr və magistrantlar üçün nəzərdə tutulub. Proqramdan Xarici ölkələrin jurnalistikasi fənnini tədris edən pedaqoqlar da faydalana bilərlər.