Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının baş müəllimi Pərvanə İbrahimovanın bakalavriatura səviyyəsi üçün Jurnalistika ixtisası üzrə “Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri” adlı proqramı çap edilib. Proqramın rəyçiləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və “APA Holding”in prezidenti Vüsalə Mahirqızıdır.
Qeyd edək ki, həmçinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova və baş müəllimi Pərvanə İbrahimovanın həmmüəllifliyi ilə “Dünyanın aparıcı informasiya agentlikləri” adlı proqram da çap edilib. Proqramın rəyçiləri professor Həmid Vəliyev və “APA Holding”in prezidenti Vüsalə Mahirqızıdır. Hər iki proqram 10 mövzunu əhatə edir.
![]() |
![]() |