Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Beynəlxalq jurnalistika kafedrasının dosenti Anadolu Universitetində elmi simpoziumda iştirak edib

11/05/2018

BDU Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti, Anadolu Universiteti və ABŞ-ın Texas-Austin Universitetinin birgə təşkil etdikləri “Milleniumda kommunikasiya” simpoziumunun 16-cı toplantısında iştirak edib. Hər il iştirakçı universitetlərin birində keçirilən simpozium yeni media dövründə jurnalistika və kütləvi kommunikasiyanın qarşısında duran vəzifə və öhdəliklərin təhlilinə həsr olunub. Bu il Türkiyənin Anadolu Universitetində keçirilən toplantıda iştirak edən Təranə Mahmudova “Journalism and education” (“Jurnalistika və təhsil”) panelində yeni media dövründə Azərbaycan jurnalistikasının qarşısında duran vəzifə və hədəflər, həmçinin kütləvi kommunikasiya və informasiya texnologiyaları sahəsində gedən böyük dəyişiklilərin jurnalistika və jurnalistika təhsilinə təsiri, həmçinin perspektivlər və yaranmaqda olan imkanlar barəsində məruzə ilə çıxış edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009