Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti təlimi keçirilib

06/04/2018

"Beynəlxalq Jurnalistika Məktəbi"nin "Beynəlxalq təşkilatların media siyasəti" mövzulu yeni təlimi baş tutub. Təlimçi, Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının professoru, siyasi elmlər doktoru Sabir Məmmədli iştirakçılara beynəlxalq jurnalistika anlayışının mənası və onun demokratik mahiyyəti haqqında məlumat verərək informasiyanın vəzifələri, onların qlobal yayım prinsipləri barəsində danışıb.
Təlim zamanı beynəxalq jurnalistikanın fəaliyyətində beynəlxalq təşkilatlar, söz və ifadə azadlığı, demokratik ölkələrin media təcrübəsi, internet KİV və sosial media ilə bağlı məsələlərə aydınlıq gətirmiş S.Məmmədli jurnalistikanın prinsipcə beynəlxalq məna daşıması, transmilli media vasitələrinin yayım fəaliyyəti haqqında da tələbələrlə söhbət aparıb.
Jurnalistikanın idarəetmə sistemi olaraq da qəbul olunması haqqında məlumat verən təlimçi ictimaiyyətlə və hakimiyyətlə əlaqələr - PR və GR anlayışları barədə danışıb. Həmçinin beynəlxalq jurnalist hərəkatı və etik məsələlər barədə də təlim iştirakçılarına məlumat verilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009