Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Beynəlxalq Jurnalistika Məktəbi"nin TİKA-da təlimi keçirilib

18/01/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin layihəsi olan "Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti  təlimi Türk İşbirliyi və Koordinasiya Agentliyi - TİKA-nın Bakı Proqram Koordinasiya Ofisində baş tutub.

Təlimçi, TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Adəm Urfa iştirakçılara Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TİKA-nın rolu və media münasibətləri haqqında məlumat verib.

TİKA-nın bir sıra xarici ölkələr, həmçinin Azərbaycanda elm, təhsil, mədəniyyət, iqtisadiyyat, media sahələrində həyata keçirdiyi və keçirməkdə olduğu layihələrlə bağlı məlumat əldə etmiş təlim iştirakçıları təşkilatın fəaliyyətində perspektivlər barədə də bəzi məsələlərlə tanış olublar.

Təlimin sonunda A.Urfa iştirakçıların sual və təkliflərini dəyərləndirib, onlara müəyyən istiqamət verib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009