Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudova Mərkəzi Florida Universiteti (ABŞ), CalalAbad Dövlət Universiteti (Qırğızıstan), Missuri Universiteti (ABŞ), Abuca Unversiteti (Nigeriya) və Beynəlxalq Menecment və Sosial Tədqiqatlar Jurnalının birgə təşkilatçılığı ilə düzənlənmiş IX Beynəlxalq Menecment və Sosial Elmlər Konfransında (UYSAD2022) iştirak edib. Konfrans 23-24 aprel 2022-ci il İstanbulda (Türkiyə) gerçəkləşdirilmişdir.
Dosent T.Mahmudova bu konfransın doqquzuncu toplantısına qatılaraq “The Main Perspectives of Journalism Ethics in the Era of Social Media” (“Sosial media dövründə jurnalistika etikasının əsas perspektivləri”) mövzusunda geniş çıxış edib. Dos. T.Mahmudova təqdimatında yeni medianın,özəlliklə sosial platformların jurnalistikanın peşə standartlarına təsiri barədə ətraflı danışıb, etik məsələlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb və bəzi təkliflər irəli sürüb. Çıxışın əsas müddəaları konfransın materialları üçün nəzərdə tutulmuş topluda dərc olunub.