Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudova 8-ci “Yeni dünyada kommunikasiya” adlı beynəlxalq konfransda iştirak edib.
Dosent T.Mahmudova bu konfransın onlayn toplantısına qatılaraq “Mass Media in the Era of New Media: Challenges of Social Media Regulations” (“Mass media yeni media dövründə: sosial media tənzimlənməsinin çətinlikləri”) mövzusunda geniş çıxış edib.
T.Mahmudovanın mövzusu sosial platformların tənzimlənməsi kimi hazırda qlobal miqyasda çox müzakirə edilən məsələyə həsr olunub. O, bu proses zamanı ortaya çıxan problemlər haqqında ətraflı danışıb, bu sahədə aparılan işlərin müxtəlif aspektləri ilə bağlı fikirlərini bölüşüb və perspektivlər barədə bir sıra mülahizələr bildirib.
Konfrans 1-3 iyul 2022-ci il tarixində Adıyamanda (Türkiyə) gerçəkləşdirilib.
Çıxışın əsas müddəaları həm tezis, həm də geniş tam mətn konfransın materialları üçün nəzərdə tutulmuş topluda dərc olunacaq.