Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bilik Fondu Jurnalistika fakültəsi əməkdaşlarını təltif edib

20/07/2018

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin əməkdaşlarını 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qonaqları salamlayaraq əsası "Əkinçi" qəzeti ilə qoyulmuş Azərbaycan Milli Mətbuatının çətin və şərəfli yol keçərək hazırkı inkişaf mərhələsinə çatdığını deyib.

Daha sonra Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu, elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, “Jurnalistika” elmi-tədqiqat laboratoriyasını elmi işçiləri Günel Orucəliyeva və Samir Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdə fəal iştirak etdiyinə görə 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təltif ediliblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009