Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bilik Fondu Jurnalistika fakültəsinin dekanına təşəkkür məktubu ünvanlayıb

10/10/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov  Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşlarının və tələbələrinin Fondun keçirdiyi tədbirlərdə fəal iştirak etdikləri və mənəvi dəstək olduqları qeyd edilib. Əməkdaşlıq əlaqələrinə görə minnətdarlıq edən Oqtay Səmədov münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009