Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, professor Sabir Məmmədlinin yeni kitabı çapdan çıxıb. “BMT və YUNESKO-nun media siyasəti” adlı monoqrafiyada Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşdırılmış qurumu olan YUNESKO-nun media-informasiya siyasəti hərtərəfli təhlil olunur və Azərbaycan Respublikasının bu beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri araşdırlır. BMT və YUNESKO-nun fəaliyyəti bütövlükdə müasir beynəlxalq prinsiplərə, ilk növbədə insan haqlarına, söz və ifadə azadlığına əsaslanaraq dünya dövlətlərinin inkişafına təkan verir və demokratik cəmiyyət quruculuğunun qaydalarını müəyyənləşdirir.
Kitab beynəlxalq münasibətlər və ictimai elmlər sahəsində çalışan tədqiqatçılar, diplomatlar, media mütəxəssisləri, jurnalistika fakültəsində təhsil alan tələbələr, magistrlar, doktorantlar, mətbuat nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.