Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BMT-nin İctimai İnformasiya Departamenti

25/06/2009

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin işçi heyəti aprelin 8-də Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin tələbələri ilə bir araya gəldilər. Bu görüş Azərbaycan cəmiyyətinin müxtəlif hədəf qruplarını BMT-nin aktual məsələləri haqqında məlumatlandırmaq məqsədi daşıyan silsilə mühazirələr, seminarlar, dəyirmi masalar və konfransların davamıdır. Bakı Dövlət Universiteti ilə uğurlu əməkdaşlığın davamı kimi qiymətləndirilən bu tədbir universitetin Beynəlxalq Jurnalistika kafedrasının professoru Nəsir Əhmədli ilə sıx əməkdaşlıq çərçivəsində təşkil edildi.

Tədbirin əvvəlində tələbələr nisbətən passiv olsalar ixtisası jurnalist olan BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviçin çıxışından sonra tələbələrdə canlanma başladı. Jurnalistikanın başlıca elementləri haqqında qısaca məlumat verdikdən sonra xanım Selimoviç, BMT mütəxəssisi yaxud kiçik bir şəhərdə qəzet müxbiri olmağından asılı olmayaraq hər bir işdə təhsil, maraq və istəyin zəruriliyini vurğuladı. Bəzi tələbələrin Birləşmiş Millətlər Təşkilatı haqqında az məlumatlı olduğundan təəccüblənən xanım Selimoviç qeyd etdi ki, bu mühazirə "sizin bəziləriniz üçün BMT haqda öyrənmək məqsədi daşıyan başlanğıc nöqtəsi ola bilər, İctimai İnformasiya Departamenti isə sizin üçün istənilən vaxt müraciət edə biləcəyiniz ünvandır."

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin İctimai Əlaqələr üzrə məsul işçisi Gülşən Paşayeva tədbir zamanı təqdimatla çıxış etmiş və BMT haqda başlıca faktlar, həmçinin BMT-nin İctimai İnformasiya Departamentinin qlobal səviyyədə, xüsusən Azərbaycanda gördüyü işlərə dair məlumat verdi. Xanım Paşayeva həmçinin BMT-nin İctimai İnformasiya Departamentinin Bakıdakı nümayəndəliyinin Təşkilatla Azərbaycan mediası, tədris ocaqları və qeyri-hökumət təşkilatları (QHT) arasında fəal körpü rolunu oynadığını və əməkdaşlığa hər zaman açıq olduğunu vurğuladı.

ümayəndəliyin işçi heyəti üçün xoş və qənaətbəxş təsir bağışlayan tələbələrlə qızğın fikir mübadiləsi zamanı xanım Selimoviç "Biz Nokia deyilik, lakin biz də insanları birləşdiririk" - deyə bildirdi. Xanım Selimoviç həmçinin gələcək jurnalistləri yeni bacarıqlar əldə etmək, xarici dilləri öyrənmək və hər zaman, böyük bir məqalə, söylənilən hər-hansı nitq yaxud yerli bazar qiymətləri haqda xəbər olmağından asılı olmayaraq sözlərin qüvvəsinin zəruriliyini tanımağa çağırdı.

70 nəfərdən ibarət tələbələr BMT-nin işi və İctimai İnformasiya Departamentinin Bakı nümayəndəliyində praktika keçmək imkanları haqqında müxtəlif növ suallar verərək və bu cür toplantılara qatılmaq arzularını bildirərək daha çox öyrənmək həvəsində idilər.

"Bu, bizim üçün BMT-nin İctimai İnformasiya Departamentinin fəaliyyətləri ilə yaxından tanış olmaq, həmçinin BMT-nin nümayəndəsi ilə jurnalistikanın müxtəlif aspektləri haqqında qeyri-adi fikir mübadiləsi aparmaq baxımından əla fürsət oldu." - deyə tələbələrdən biri Aygün Yusifova bildirdi.

Tələblərin bu "qeyri-adi" toplantıya qatıldığına görə departamentə minnətdarlığını bildirən fakültənin dekanı professor Yalçın Əlizadə BMT ilə daha yaxından işləmək və gələcəkdə bu cür birgə fəaliyyətləri davam etdirmək marağını bildirdi.

BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi digər BMT kommunikasiya işçiləri ilə birgə Azərbaycanda fəaliyyət göstərən müxtəlif BMT agentliklərinin işi haqqında məlumatlandırmaq məqsədi daşıyan oxşar fəaliyyətlər təşkil etməyi söz verdi. Növbəti görüş may ayının əvvəlində BMT-nin Azərbaycandakı nümayəndəliyində keçiriləcək.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009