Bu gün BDU-da Böyük Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan akademik Abel Məhərrəmov gündəlikdəki məsələləri təqdim edib. Jurnalistika, Tətbiqi-riyaziyyat fakültəsi dekanlarının hesabatı dinlənilib. Jurnalistika fakültəsinin dekanı professor Yalçın Əlizadə BDU-nun kadr hazırlığı sistemində jurnalistika fakültəsinin tarixi yeri və mövqeyindən danışaraq fakültənin strukturu, kafedraları, laboratoriyaları , təhsil sistemi haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, fakültədə aparılan tədqiqatların mövzu dairəsi və problematikası genişlənib, son 10 ildə professor - müəllim heyətinin elmi- pedaqoji və yaradıcı əməyinin bəhrəsi kimi 4 dərslik, 21 dərs vəsaiti, 32 monoqrafiya işıq üzü görüb. Daha sonra yeni yaranan laborotoriyanın fəaliyyətindən danışan dekan bildirib ki, "Jurnalistika " elmi-tədqiqat laborotoriyasının açılması dünya informasiya məkanlarından faydalanmaq zərurətindən irəli gəlib. Onubn son iki ildə məhsuldar fəaliyyəti laboratoriyanın gələcək elmi yaradıcılıq uğurlarından xəbər verir.
Professor Y. Əliizadə ölkədə demokratik, dünyəvi , hüqudö dövlət quruculuğu prosesində informasiya vasitələrinin rolundan söhbət açıb: Məmnunluq doğuran haldır ki, bu proseslərin gedişində Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin çoxsaylı məzunlarının peşəkar fəaliyyəti və yaradıcılıq dəsti- xətti aydın görünür."
Hesabat slayd şəkilində təqdim olunub.
Sonda rektor Abel Məhərrəmov universitetin qadın əməkdaşlarını 8 mart beynəlxalq qadınlar günü münasibəlilə təbrik etdi. Onların bir qisminə fəxri fərman verildi, təşəkkür edildi.