Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Cahangir Məmmədli -70

26/01/2012

Bu gün Jurnalistika fakültəsində Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə bildirib ki, Cahangir Məmmədli müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsidir.  O, 45 illik elmi- pedaqoji fəaliyyəti dövründə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemlərini  tədqiq etmiş,  jurnalistikaya məsələlərinə dair elmi məqalələrin, dərsliklərin müəllifi kimi tanınmışdır.

Professor Şirməmməd Hüseynov qeyd edib ki, Cahangir Məmmədli təkcə təcrübəli pedaqoq , məhsuldar alim deyil, eyni zamanda elmin, təhsilin , mədəniyyətin tərəqqisinə xidmət edən ictimai  xadimdir. O, respublika səviyyəsində tanınan şəxsiyyətdir.

Daha sonra çıxış edənlər  də Cahangir Məmmədlinin  Azərbaycan ali jurnalistika məktəbindəkı rolundan, praktik fəaliyyətindən , elmi- publisistik yaradıcılığından   danışıblar.

SondaTədris Teleradio studityasının hazırladığı "Kamillik zirvəsi-70" adli  filim nümayiş etdirilib. Filmdə  görkəmli jurnalist, alim, ictimai xadim Cahangir Məmmədlinin həyatı,  ictimai-mədəni, elmi- pedaqoji fəaliyyəti əks olunub.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009