Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Cəfər Cabbarlının "Sevil" pyesi Jurnalistika fakültəsi tələbələrinin təqdimatında

18/10/2016

Bu gün Bakı Dövlət Universitetində  jurnalistika fakültəsinin IV kurs tələbələrinin hazırladığı Cəfər Cabbarlının "Sevil" pyesininin radioteatrı təqdim edilib. Təqdimat mərasimində Azad Azərbaycan televiziyasının prezidenti Vüqar Qaradağlı, C.Cabbarlı adına İrəvan teatrinin rəhbəri İftixar Piriyev, Jurnalistika fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Radioteatr tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib, müasir dövrdə əsər oxumağa çətinlik çəkənlər üçün səsli əsər yaratmaq və unudulmuş janrlardan olan radioteatrı yenidən yaşatmaq  gənc tələbələrin uğurlu işi kimi dəyərləndirilib. Çıxış edənlər tələbələrin işini qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009