Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasında elmi seminar keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq əcnəbi (ÇXR vətəndaşı) doktorant Wang Xiujien haqqında məlumat verib.
Doktorant “ Böyük İpək yolu: tarix və müasirlik” adlı təqdimatla çıxış edərək bildirib ki, burada Asiya və Avropa ölkələrini birləşdirən Böyük İpək Yolu mövzusunu araşdırıb. Wang Xiujien bu böyük ideyanın antik dövrdən müasir dövrədək yeniləşməkdə olan Çin və Azərbaycanın rolunu xüsusi diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın tarixi ərazisi həm qədimdə, həm də indi öz coğrafi mövqeyinə və iqtisadi resurslarına görə dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynayır. Həmçinin onu da göstərib ki, tədqiqatında İpək Yolunun tarixi-coğrafi istiqamətlərinə xüsusi diqqət yetirilmişdir.
Diskussiya şəraitində keçən elmi seminarda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, dosentlər Akif Rüstəmov, Sevinc Əliyeva, Gülnarə Sadıqova, müəllimlərdən Ayaz Musayev, Mirakif Babayev doktorantın hazırlığını və tədqimatını qənaətbəxş qiymətləndiriblər. Müəyyən irad və tövsiyyələrini bildirdikdən sonra doktoranta gələcək işlərində uğurlar arzulayıblar.
![]() |
![]() |