Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Deputat müsabiqənin qalib tələbələrini seçdi

06/02/2012

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri məlum olub.

Deputatlar Vahid Əhmədov, Jalə Əliyeva, Elmira Axundovadan sonra Qənirə Paşayeva da özünün təqdim etdiyi mövzuya uyğun yazılar təqdim edən tələbələr arasından qalibləri seçib.

Qənirə Paşayeva Polis Akademiyasının müdavimi Rövşən Rzayevin yazdığı “Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu” adlı məqaləni 1-ci yerə layiq görüb.

Deputat ikinci yeri BDU-da II kursin magistri Turac Qəhrəmanovanın yazdığı məqaləyə verib.

Q.Paşayeva üçüncü yerə iki tələbəninin yazısını layiq görüb. Bunlar Nail Mehdi (BDU-nun 2-ci kurs tələbəsi) və Səbinə Seyidovadır (Qərb Universiteti, IV kurs).

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009