Aprelin 19-dan 24-dək Sankt- Peterburq şəhərində "Müasir dünyada KİV. Peterburq mütaliələri" adlı beynəlxalq konfrans keçirilib. Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti Zaur Babayev konfrasda iştirak edib. Müasir media sahəsində internet-dizayn problemləri barədə məruzə ilə çıxış edən konfrans iştirakçısı Kütləvi kommunikasiya və Jurnalistika tədqiqatının metodoloqiyasıa dair diskussiyalarda aktiv iştirakına görə diplomla mükafatlandırılıb. Ənənəvi olaraq, Zaur müəllim jurnalistikaya həsr olunmuş yeni dərs vəsaitləri gətirərək qəzet laboratoriyasına təqdim edib.