2011-ci il fevral ayının 1-də saat 12-də BDU-nun Elmi Kitabxanasında (Əsas bina, IV mərtəbə, oxu zalı) E-books Library (UK) təşkilatının nümayəndələri ilə görüş keçiriləcəkdir.
Görüşdə Dr.Devid Svords–elektron kitablar kitabxanası təşkilatının vize prezidenti, Kit Vilson-Alberta Universitetinin kitabxanaçısı və Reks Steyner-Azərbaycan Diplomatiya Akademiyasının kitabxana müdiri iştirak edəcəklər.
Görüşün əsas məqsədi məhdud büdcə ilə işləyən elmi kitabxanalar üçün elektron kitabxanasının işləmə mexanizminin açıqlaması və onun üstünlükləri haqda məlumat verməsi.
Elektron kitablar sırasına ingilis dilində nəşr olunmuş dərsliklər, monoqrafiyalar və s. daxildir.
Arzu edənlər iştirak edə bilər!