Azercell və Paşa Bankın dəstəyilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yaradılmış “Barama Media Mərkəzi”ndə 13 İyunda saat 12:00-da tələbələrlə “Nədən və Necə başlamalı?” sloqanı altında görüş keçiriləcək. Görüşün qonaqları “AvtoStop” Media Şirkətinin qurucusu və eyni zamanda Azərbaycanda bir çox media layihələrin rəhbəri Tural Yusifov və “Technote.az” internet portalının gənc yaradıcısı, həmçinin IT üzrə bir çox uğurlar əldə etmiş Fərid Pərdəşünas olacaqdır. Tədbirin auditoriya ilə interaktiv diskussiya formatında aktiv müzakirələrlə keçiriləcəkdir. Məqsəd gənc tələbələrin hələ universitet dönəmindən yaradıcılıq, karyeraya başlamalarına dəstək olmaq, onlar arasında cəmiyyətə faydalı, yüksək iş həyatının qurulmasını təbliğ etməkdir. Tədbirdə müxtəlif ali təhsil müəssisələrindən olan bütün tələbələr iştirak edə bilərlər.