Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Elan

20/09/2019

Jurnalistika fakültəsinin professor-müəllim heyəti, doktorant, magistrant və gənc alimlərinin nəzərinə!
Fakültəmizin “Jurnalistika” elmi-ictimai humanitar məcmuəsinin növbəti nömrəsi Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunacaq. Məqalələrin yığılması prosesi başlayıb.
Məcmuədə öz imzalarını görmək istəyənlər elmi məqalələrini 10 oktyabr 2019-cu il tarixə qədər həm elektron, həm də çap variantda dekanlığa təqdim edə bilərlər. Məqalələrin sonunda azərbaycan, ingilis və rus dillərində xülasə, açar sözlərin olması mütləqdir.
Magistr, doktorant və dissertantların məqalələri elmi rəhbərləri, müəllim, professor heyətinin, elmi işçilərin məqalələri isə kafedra müdirləri tərəfindən imzalanmalıdır.

Qeyd: Əlavə məlumat almaq istəyənlər elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva ilə əlaqə saxlaya bilərlər.

e-mail: [email protected]

(BDU, Jurnalistika fakültəsi, II kopus, 3-cü mərtəbə, otaq 305)

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009