Jurnalistika fakültəsinin professor-müəllim heyəti, doktorant, magistrant və gənc alimlərinin nəzərinə!
Fakültənin “Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyasının növbəti nömrəsinə məqalə yığımı başlayıb.
Məcmuədə çap olunmaq istəyənlər elmi məqalələrini 20 oktyabr 2017-ci il tarixinə qədər həm elektron, həm də çap variantda dekanlığa təqdim edə bilərlər. Məqalələrin sonunda ingilis və rus dillərində xülasə, açar sözlərin olması mütləqdir.
Magistr, doktorant və dissertantların məqalələri elmi rəhbərləri, professor-müəllim heyəti və elmi işçilərin məqalələri isə kafedra müdirləri tərəfindən imzalanmalıdır.
Qeyd: Əlavə məlumat almaq istəyənlər elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva ilə əlaqə saxlaya bilərlər.
e-mail: [email protected]
(BDU, Jurnalistika fakültəsi, II kopus, 3-cü mərtəbə, otaq 305)