Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Elan

26/05/2014

Jurnalistlər üçün müsabiqə elan edildi
Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları qəbul olunur

“İnternyus-Azərbaycan” təşkilatı “Təhsil və cəmiyyət” mövzusunda jurnalist müsabiqəsi keçirir. Müsabiqə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (The Black Sea Trust Fund for Regional Cooperation) dəstəyi ilə reallaşdırılır.
Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları – yazılar, video və radio materialları qəbul olunur. Bir yazının həcmi 10 min işarədən artıq olmamalıdır. Bir video materialın həcmi 10-13 dəqiqə arasında, radio materialın həcmi isə 15 dəqiqəyədək olmalıdır.
Araşdırma yazıları 2014-cü ilin iyun ayının 12-dək bu e-mailə göndərilməlidir: [email protected].
Video və radio materiallar isə diskdə müsabiqənin koordinatoruna təqdim olunmalıdır.
1-ci yeri tutan araşdırmanın müəllifinə 800 manat, 2-ci yerə 600, 3-cü yeri tutan araşdırmanın müəllifinə 400 manat məbləğində pul mükafatı veriləcək. 
Müsabiqədə uğur qazanan işlər “Mediaforum.az” saytında və bir neçə digər media orqanlarında təqdim olunacaq.
Qiymətləndirmə meyarları:
1. Təhsildə yeni (yaxud diqqətdən kənarda qalan) ideya və istiqamətlərə aid məsələlərin işıqlandırılması - Balların sayı: 1-10.
2. Real faktlara əsaslanma, rəqəmlərin və digər göstəricilərin mənbəyinin səhihliyi - Balların sayı: 1-10.
3. Materialın maraqlı və aydın üsluba malik olması - Balların sayı: 1-10.
4. Araşdırmada qaldırılan məsələnin (problemin) həllinə dair konstruktiv fikirlərin ortaya çıxarılması - Balların sayı: 1-15.
5. Yazılarda mövzuya uyğun 2-3 fotoşəkilin verilməsi; video materiallarda çəkilişin keyfiyyəti; radio materiallarda səs yazısının keyfiyyəti - Balların sayı: 1-7.
Əlaqə telefonları: Müsabiqənin koordinatoru (050) 200-03-49; (012) 434-71-05 (daxili nömrə 11).
E-mail: [email protected]

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009