Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri «GƏNC JURNALİSTLƏR» Klubu 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü və 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə esse müsabiqəsi elan edir.
Müsabiqədə “Gənc jurnalistlər” Klubunun üzvləri iştirak edə bilərlər.
Məqalələr (esselər) oktyabrın 30-dək elektron formada və 2 səhifə həcmində [email protected] elektron poçt ünvanına qəbul edilir.
Ünvan: Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, AZ 148, BDU, 2 saylı tədris binası, 3-cü mərtəbə, Jurnalistika fakültəsi, otaq 308
Tel.: (012) 510-17-40