Jurnalistika fakültəsində doktorantların elmi seminarlarının keçirilməsi davam edir. Növbəti belə seminar 11 mart 2021-ci il tarixdə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının əyani doktorantı Tağıyeva Nurşərəf Mehdi qızının “Media idarəçiliyində yeni çağırışlar” mövzusunda təşkil olunacaq. Doktorantın elmi rəhbəri Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyevdir.