Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubunun 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü və 9 noyabr - Dövlət Bayrağı gününə həsr edilimiş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müsabiqənin keçiriliməsinin əhəmiyyətindən bəhs edib, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasındakı rolundan danışıb.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gənclərə Dövlət Bayrağımızın yaranma tarixindən danışaraq, onun uğrunda canlarından keçənlərin qəlblərdə əbədi yaşayacağını vurğulayıb. Dekan tələbə jurnalistlərə göstərilən diqqət və qayğıya görə Fondun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və digər qonaqlar çıxış edərək müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını bildirib və qalibləri təbrik ediblər.
Bilik Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə 27 tələbə jurnalist qatılıb. Sonda qaliblərə mükafatlar verilib. Bununla yanaşı, bütün iştirakçılara Bilik Fondunun hədiyyələri təqdim edilib.
BDU-nun II kurs tələbəsi Şəbnəm Qurbanzadə birinci yerə, II kurs magistrantı Bayram İsmayılov ikinci yerə, II kurs tələbəsi Mir Sadiq Ağayev, IV kurs tələbəsi Nəzrin Rüstəmova, III kurs tələbəsi Günel Nağıyeva və II kurs tələbəsi Türkan Məmmədova üçüncü yerə layiq görülüblər.
![]() |
|
![]() |
![]() |