Jurnalistika fakültəsində tədris ilinin başlaması ilə əlaqədar fakültə Elmi Şurası keçirilib.
Dekan Vüqar Əliyev gündəlikdə olan əsas məsələlərlə bağlı Şura iştirakçılarını məlumatlandırıb.
Sonra elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva və tədris işləri üzrə dekan müavini Esmira Rövşənova sessiya haqqında ümumi məlumat veriblər.
Daha sonra 5 müəllimin yenidən öz yerlərinə seçkisi keçirilib.
Sonda cari məsələlər üzrə müzakirələr aparılıb.