Yeni media mütəxəssisi, “Fil Agency”nin direktoru Aysel Cəbrayılova Jurnalistika fakültəsinin 2-ci kurs tələbələri ilə görüşüb.
O “Sosial medianın prinsipləri və media marketinq” mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Həmçinin yeni medianın istiqamətləri və sosial mediadan düzgün istifadə qaydaları geniş müzakirə olunub.
Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Mövzu ilə bağlı Aysel Cəbrayılova tələbələrin suallarını cavablandırıb.
Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli mühazirəyə görə qonağa təşəkkürünü bildirib.