Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Foto müsabiqə elan edilir

16/05/2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Tələbə Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Jurnalistika fakültəsinin tələbələri arasında
28 may – Respublika Gününə həsr olunmuş
“Güclü dövlət – güclü ordu – güclü xalq” mövzusunda foto müsabiqə elan edilir:



1. Hər müəllifdən mövzular üzrə 2-3 foto, uzun tərəfi 1500 piksel olmaqla, fotoşopda yersiz dəyişiklik etməmək şərti ilə qəbul olunur;

2. Müsabiqəyə fotoaparatla və ya mobil telefonla çəkilmiş orijinal işlər qəbul olunur;

3. Fotoları 2022-ci il mayın 23-dək [email protected] ünvanına göndərmək olar (vaxtından gec göndərilən şəkillər qəbul olunmayacaq);

4. Müsabiqəyə təqdim olunmuş fotolar sosial şəbəkədə fakültənin rəsmi səhifəsində yayımlanacaq;

5.  I, II və III yerin qaliblərinə pul mükafatları və Fəxri fərmanlar təqdim olunacaq;

6. Seçilmiş fotolardan ibarət sərgi təşkil olunacaq;

7. Tamaşaçı rəğbəti toplamış bir fotonun müəllifi xüsusi mükafat qazanacaq.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009