Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Futbol çempionatına start verildi

17/04/2010

87-ci ildönümü münasibətilə universitetin 16 fakültəsi, eyni zamanda  MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq. Bundan əlavə, şahmat yarışına artıq start verildiyini, elmi-praktik konfransın isə keçiriləcəyini bildirib. Daha sonra dövlət himni səslənilib və konsetr nümayiş etdirilib. Tələbə və müəllimlərin azarkeşliyi ilə jurnalistika və hüquq fakültələri arasında futbol oyunu izlənilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009