Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Gender bərabərliyi və media adazdlığı” adlı proqram nəşr olunub

20/06/2019

Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində respublikanın 16 regionunda – Gəncə, Şəki, Lənkəran, Mingəçevir və digər ətrafyanı bölgələrin media nümayəndələri üçün təşkil olunmuş təlimlərdə iştirak edib. Layihənin yekun mərhələsi olaraq jurnalistika fakültələrinin magistratura pilləsi üçün nəzərdə tutlmuş azərbaycan və ingilis dillərində “Gender bərabərliyi və media adazdlığı” kursu üzrə proqram nəşr olunub.

Qeyd edək ki, Gender bərabərliyi və media adazdlığı” kursunun məqsədi gender bərabərliyinin və media azadlığının fundamental məsələləri barədə tələbələrdə təsəvvür yaratmaq, plüralizam, müstəqillik və təhlükəsizlik daxil olmaqla media azadlığına gender perspektivindən yanaşmanı təşviq etmək, insan hüquqlarının Avropa standartları, bu sahədə milli qanunvericilik və praktika ilə tələbələri tanış etmək, Azərbaycanda gender bərabərliyinin mövcud durumunu media azadlığı prizmasından təqdim etmək, cəmiyyətdə və mediada mövcud sosial gender stereotip və normaları, cinsiyyətçi yanaşmaları təhlil etmək üçün tələbələrə tənqidi düşüncə aşılamaqdır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009