Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Gənc jurnalistlər” Klubu “Daşla danışan adam” filminin təqdimatında olub

29/11/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubu üzvləri “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq Rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatında olublar.

Tədbiri Fondun icraçı direktoru Oktay Səmədov açaraq, rəhbərlik etdiyi təşkilatın “Mədəni maarifləndirmə” proqramı üzrə həyata keçirdiyi layihələrdən danışıb, gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün hərtərəfli inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb.

Tədbirdə Fondun “Gənc Jurnalistlər” Klubunun, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri ADPU-nin nəzdindəki Pedaqoji Kollecin tələbələri, Bilik Fondunun və “Asan Xidmət”in könüllüləri iştirak ediblər.

Qeyd edək ki, ekran əsəri “Aranfilm”də Nicat Qafuroğlunun ssenarisi və rejissorluğu ilə çəkilib. "Daşla danışan adam" sənədli filminin qəhrəmanı Mirəli Mirqasımovun heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərləri var. M.Mirqasımov 1974-cü ildə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir. Böyük əsərlərindən biri yazıçı-dramaturq Cəfər Cabbarlının heykəli müəllifin 23 ilini alıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009