Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubu üzvlərinin tanınmış teleaparıcı, “Kultura plus” internet televiziyasının direktoru Nailə İslamzadə ilə görüşü baş tutub. Görüşdə N.İslamzadə jurnalistikaya gəlişi, efir mədəniyyəti, müasir medianın inkişaf meyilləri kimi mövzulardan söz açıb. Eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
Sonda Nailə İslamzadə tələbələrə master klass keçib.