Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda elmi seminar

08/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirir.

Növbəti tədbir Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) rəhbərliyinin təşkilatçılığı ilə baş tutub. “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda keçirilən elmi seminarın qonağı Milli Məclisin üzvü Tahir Rzayev olub.

Jurnalistika Fakültəsinin dekan müavini Sevinc Əliyeva çıxış edərək Ulu Öndərin Azərbaycan mediası və jurnalistlərlə dost münasibətindən danışıb.

Ardınca çıxış üçün söz millət vəkili Tahir Rzayevə verilib. Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. O, Heydər Əliyevin dövlət başçısı kimi imzaladığı müvafiq fərman və sərəncamların ölkə mətbuatının inkişafında mühüm hadisə kimi qiymətləndirildiyinə diqqət çəkib.

Ümummilli Liderlə bağlı xatirələrini bölüşən millət vəkili Ulu Öndərin mətbuata və mətbuat işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, hər zaman jurnalistlərin yanında olduğunu bildirib.

Tədbir Jurnalistika fakültəsinin müəllim və Tələbə Elmi Cəmiyyəti (TEC) üzvlərinin elmi məruzələri ilə davam edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009