Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

II Türk Dünyası Sənədli Filmlər Festivalı Jurnalistika fakültəsində panel iclasları ilə davam edib

13/10/2017

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib. Tədbir rəsmi hissədən sonra qonaqlarla Jurnalistika fakültəsində panel iclasları ilə davam edib.

Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev bildirib ki, Türk dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalı artıq ikinci ildir ki, keçirilir. Ölkəmizdən bu layihəyə Azərbaycan Respublikası Mətbuat Şurası və Bakı Dövlət Universiteti dəstək verməkdədir. Bununla əlaqədar olaraq universitetimizin keçən il Türk dünyası Qəzetçilər Federasiyası ilə niyyət protokolu da imzalanıb.

Türk dünyası Qəzetçilər Federasiyasının sədri Menderes Demir qeyd edib ki, Türk Dünyası Film Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif regionlarında yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları hədəflənir.

Tədbirin sonunda qonaqlar tələbələrlə fikir mübadiləsi aparıb, onların  suallarını cavablandırıb və təkliflərini dinləyiblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009