Bu gün "Hilton" mehmanxanasında IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri" mövzusunda dəyirmi masa keçirilib. "Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu" adlı bölmədə urnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyev çıxış edib.
Elmin və jurnalistikanın istifadə etdiyi vasitələr və yanaşmalar fərqli olsa da, məqsəd birdir- bəşəriyyətə və onun inkişafına xidmət. Alimlərin vəzifəsi yeni texnologiyalar kəşf etmək, elmi axtarışlar aparmaq, jurnalistlərin vəzifəsi isə yeni elmi bilikləri və bu barədə informasiyanı auditoriyaya, cəmiyyətə çatdırmaqdır. Sabahkı cəmiyyət hədsiz dərəcədə texnolojiləşmiş cəmiyyət, sabahkı dünya isə daha qloballaşmış dünya olacaqdır. Müasir şəraitdə sosial məsuliyyət prinsipi reallaşdıran KİV-lər bu yeni dünyada xüsusi rol oynayacaqlar. bu rol nədən ibarət olacaq? Bölüm çərçivəsində səslənəsək məruzələr məhz bu mürəkkəb məsələyə həsr edilib.