Jurnalistika fakültəsində dekan seçkilərinin nəticələri məlum olub. Kafedralardan daxil olmuş səslərə əsasən Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev Jurnalistika fakültəsinin dekanı təyin olunub.
Akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiya üzvləri professor Şamil Vəliyevin dekan seçilməsini yekdilliklə təsdiqləyiblər.