Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın həmmüəllifliyi ilə “Jurnalist etikası” adlı dərs vəsaiti çapdan çıxıb.
Dərs vəsaiti ali məktəblərin bakalavr və magistr pillələrində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Jurnalist etikası barədə çağdaş təcrübəni və nəzəri yanaşmaları əks etdirən kitab media işçiləri, jurnalistlər üçün də maraqlı ola bilər.
Qeyd edək ki, dərs vəsaiti Avropa Şurasının maliyyə dəstəyi ilə çap olunub və tələbələr fakültəyə müraciət etməklə kitabı ödənişsiz əldə edə bilərlər.