Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Jurnalist” fərqli formatda

06/03/2019

“Şərq” qəzetinin orta səhifəsində oxucuları ilə görüşən “Jurnalist”in  bu dəfəki xüsusi buraxılışında tələbələrin bədii formada yazdıqları həyat hekayələri işıq üzü görüb.

Tələbə-jurnalistlər Fidan Həbibli, Kənan Novruzov, Gülçin Vəfa və Tağı Həsənov yazıları oxuyub, redaktə edib, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti və qəzetin baş redaktoru Könül Niftəliyeva ilə birlikdə “Şərq” qəzetinin redaksiyasında səhifələyiblər.

Dörd nəfərlik işçi qrupunun fikrincə, qəzet istehsalı çətin olsa da, kifayət qədər maraqlı və məsuliyyətli prosesdir. Tələbələr düşünürlər ki, bu cür praktik biliklər onların gələcək peşəkar karyeraları üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, oxucular tələbə-jurnalistlərin fərqli formada təqdim etdikləri həyat hekayələrini maraqla qarşılayıblar.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009