Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Jurnalist” qəzetinin 50 illik yubileyi qeyd olunub

14/10/2016

Bu gün BDU-nun Jurnalistika fakütəsinin qəzeti  “Jurnalist”in  50 illik yubileyi ilə bağlı mərasim keçirilib.  Tədbirdə fakültənin professor-müəllim heyəti,tələbələri və məzunları iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli  tələbə- jurnalistlərinin formalaşmasında mühüm rol oynamış “Jurnalist” qəzetinin tarixi, indiki fəaliyyəti barədə məlumat verib. O, qəzetin fəaliyyətini “ tələbələrin yaradıcılıq auditoriyası” kimi qiymətləndirib.

Mərasimə qatılanlar “Jurnalist” qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən təqdimatla tanış olublar.

Fakültənin müxtəlif illərdəki məzunları, İctimai televiziyanın jurnalisti Flora Xəlilzadə, “Azərbaycan ordusu” qəzetinin müxbiri  Lalə Hüseynova, “Xalq” qəzetinin redactor müavini Aydın Tahiroğlu, “Xalq hakimiyyəti” qəzetinin baş redaktoru Dəyanət müəllim, Mətbuat Şurasının icraçı katibi Rəhim müəllim, “Ulus” fondunun rəhbəri Əlisəfa Mehdiyev çıxış edərək “Jurnalist” qəzeti ilə bağlı xatirələrindən  danışıblar . Özünəməxsus tematikası və üslubu olan tələbə qəzetini ali jurnalistika təhsilinin “Əkinci”si adlandırıblar. Fakültənin müəllimləri dos. Həmid Vəliyev və dos. Mahmud Mahmudov çıxışında tələbə-tədris qəzetinin peşə vərdişlərinin aşılanmasında böyük əhəmiyyəti qeyd ediblər. “Jurnalist” qəzetin fəaliyyətinin bərpası ilə bağlı C. Məmmədlinin təşəbbüsünü xüsusi vurğulayıblar.

Daha sonra 2009-cu ildən qəzetin yaradıcı kollektivi-məzun jurnalistlər ürək sözlərini, təbriklərini bildiriblər. Nəzəri biliklərinin praktikada tətbiq olunması üçün onlara verilən tribunaya görə prof. Cahanigir Məmmədliyə və qəzetin redaktoru, dos. Könül Niftəliyevaya təşəkkür ediblər.

Yubiley tədbirin sonunda "Jurnalist” qəzetinin növbəti sayının çapdan çıxması münasibətilə mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009