Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qəzeti “Jurnalist”in Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi ilə bağlı xüsusi buraxılışı nəşr edilib. “525-ci qəzet”in “qəzet içində qəzet” formatında çap olunan qəzetin bu sayında, əsasən, Jurnalistika fakültəsi tələbələrinin yazıları ("AXC yadigarının boyalardakı təsviri", "AXC dövründə mübahisəli tarixi ərazilər", "Azərbaycan Cümhuriyyətinin fəaliyyətində qadınların rolu", "23 aya sığan yüzilliklər", "Türk dünyasının ilk Cümhuriyyəti", "İran AXC-ni de-fakto tanıyan ilk dövlətlərdən biri kimi", "Qafqaz dağı, yol ver bizə! Biz Bakıya çatacağıq!") yer alıb. Qəzet Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və fəaliyyət göstərdiyi çətin tarixi şəraitdə Cümhuriyyətin milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərinə həsr olunub.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli tələbələrin yazılarını qənaətbəşx hesab edərək onları müsbət qiymətləndirib. O, qəzetin fəaliyyətini tələbələrin yaradıcılıq auditoriyası kimi dəyərləndirib.
![]() |
![]() |
![]() |
![]() |