Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Jurnalist" qəzetinin "Azərbaycan Xalq Cümhuriyyəti - 100" buraxılışının təqdimatı keçirilib

28/06/2018

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin qəzeti "Jurnalist"in Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı və qonorar tədbiri baş tutub. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, fakültənin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açmış Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qəzetin tarixi və inkişafı barədə məlumat verərək yaradıcı heyətə uğurlar arzu edib. Daha sonra qonaqlar - Əflatun Amaşov, Rəşad Məcid, həmçinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, "Jurnalist" qəzetinin baş redaktoru, Jurnalistika fakültəsinin tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, qəzetin redaktoru, Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağa çıxış edərək qəzetin fəaliyyəti, müasir durumu və "Azərbaycan Xalq Cümhuriyyəti - 100" buraxılışından bəhs ediblər. Təqdimatda həmçinin "Jurnalist"in "Seçmə fənn: Qəzetdə praktik iş" fənni çərçivəsində hazırlanmış daha iki xüsusi buraxılışı haqda məlumat verilib, qəzetin məsul katibi, Jurnalistika fakültəsinin III kurs tələbəsi Sevda Ulutaunun "Jurnalist"in hazırlıq prosesini əks etdirən videosüjeti izlənilib.

Tədbirin sonunda "Jurnalist" qəzetinin "Azərbaycan Xalq Cümhuriyyəti - 100" xüsusi buraxılışının yazı müəlliflərinə qonorar təqdim edilib, xatirə fotosu çəkdirilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009