Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalist tələbələrə qonorar təqdim olunub

14/12/2015

Jurnalistika fakültəsində “Jurnalist” qəzeti redaksiya heyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet” və “Şərq” qəzetlərinin baş redaktorları Rəşad Məcid və Akif Aşırlı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və fakültənin digər müəllimləri və tələbələri də iştirak edib. Qonaqlar “Jurnalist” qəzetinin tarixini əks etdirən süjetə baxdıqdan sonra, bu qəzetin onların da tələbəlik həyatındakı rolundan danışıblar.
Sonda jurnalist tələbələrə qəzetdə dərc olunan yazılarına görə qonarar təqdim olunub.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009