Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültələrinə yeni ixtisaslar əlavə edilib

16/03/2016

Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edib. Qərara əsasən, təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu"nun Jurnalistika bölməsinə "Media və kommunikasiya sistemləri", "Televiziya və radio yayımları menecmenti" ixtisasları əlavə edilib.
Qeyd edək ki, "Mədəniyyət və incəsənət ixtisasları qrupu"nun Xoreoqrafiya sənəti bölməsinə isə Rəqs sənəti üzrə müəllim-tədqiqatçı ixtisası artırılıb. Bundan başqa, "Texniki və texnoloji ixtisaslar qrupu"nun Kosmik texnika və texnologiyalar mühəndisliyi bölməsinə Kosmik infokommunikasiya texnologiyaları və Kosmik aparatlar və idarəetmə sistemləri ixtisasları əlavə olunub.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009