1 noyabr 2018-ci il tarixində Jurnalistika fakültəsinin Elmi Şurasının iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Elmi Şura üzvlərinə və qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Elmi Şuranın gündəliyinə 2018-2019-cu tədris ili üçün təqdim olunan buraxılış işi və magistr dissertasiya mövzularının təsdiqi, dövlət imtahanı üçün təqdim olunan sualların müzkirəsi daxil edilib.
Daha sonra fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, professor-müəllim heyətinin gündəlikdəki məsələləri müzkirəsi ilə Elmi Şura işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.