6 dekabr 2018-ci il tarixində Jurnalistika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Universitet Metodiki Şurasının üzvü, Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayevə, Elmi Şura üzvlərinə və qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.
Elmi Şuranın gündəliyinə Jurnalistika fakültəsi kafedralarının 2018-ci il hesabatlarının yekunları haqqında, 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına hazırlıq məsəslələrinin müzkirəsi daxil edilib.
Gündəlikdə duran ilk məsəslə ilə bağlı Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva cari ildə fakültənin professor-müəllim heyətinin nəşr edilimiş yeni dərslikləri, dərs vəsaitləri, tədris proqramları, metodik göstəriciləri, xaricdə və respublikada keçirilən konfranslarda iştirakları, çap etdirdikləri elmi və publisistik məqalələri, universitetdaxili “50+50” qrant layihəsinin qalibləri, fəxri fərman və təşəkkürnamələr barədə hesabat çıxışı edib.
Professor Şirməmməd Hüseynov, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva, dosent Aygün Əzimovanın gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.
![]() |
![]() |
![]() |
![]() |