14 fevral 2019-cu il tarixində Jurnalistika fakültəsi Elmi Şurasının iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Elmi Şura üzvlərinə və professor-müəllim heyətinə Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Elmi Şuranın gündəliyinə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları barədə dekan müavinlərinin hesabatı, 2018-2019-cu tədris ilinin yaz semestrinə hazırlıq barədə kafedra müdirlərinin məlumatı, bakalavr və magistrantların təcrübələrinin təşkili, Jurnalistika fakültəsi doktorantlarının birillik hesabatlarının dinlənilməsi və təsdiqi kimi məsələlərinin müzkirəsi daxil edilib.
Daha sonra tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Mətbuat tarixi kafedrasının nümayəndəsi olaraq dosent Aygün Əzimova, Televiziya və radio jurnalistikası kafedrasının nümayəndəsi olaraq baş müəllim Əli Hacıyev və professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.