17 may 2019-cu il tarixində Jurnalistika fakültəsi Elmi Şurasının iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Elmi Şura üzvlərinə və professor-müəllim heyətinə Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Elmi Şuranın gündəliyinə 2018-2019-cu tədris ili üçün yekun Dövlət və yay imtahan sessiyasına hazırlıq barədə dekan müavinlərinin məlumatı, IV kurs bakalavr tələbələrinin tədris təcrübələrinin yekunu, istehsalat təcrübələrinin hazırki durumu, ikinci kurs magistrantlarının elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrinin nəticələri, Beynəlxalq jurnalistika kafedrasına elmlər doktoru proqramı üzrə qəbul olunan doktorant İsgəndərova Vəfa Zahid Qızının mövzusu və elmi məsləhətçisinin təsdiqi, Jurnalistika fakültəsi doktorantlarının birillik hesabatlarının dinlənilməsi və təsdiqi kimi məsələlərinin müzkirəsi daxil edilib.
Daha sonra tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri Allahverdi Məmmədli, Mətbuat tarixi kafedrasının nümayəndəsi olaraq dosent Aygün Əzimova və professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.