Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsi II kurs tələbəsinin kitabı təqdim edilib

20/04/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin II kurs tələbəsi Kənan Novruzovun “İlk addım” adlı  kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Vüqar Zifəroğlu tədbir iştirakçılarını salamlayıb, “İlk addım” adlı  kitabı haqqında qısa məlumat verib və kitabın universitet mühitində təqdimatının müəllifin gələcək yaradıcılığı üçün böyük stimul olacağını bildirib.

Kitabın redaktoru dosent Mahmud Mahmudov, professor Cahangir Məmmədli, dosent Ayaz Musayev, dekan müavini Aytəkin Zeynalova çıxışlarında kitabın əhəmiyyətindən danışıb, müəllifin tələbə kimi müsbət keyfiyyətlərindən bəhs edib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Sonda çıxış edən müəllif tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib, tələblərə kitabını təqdim edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009