Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsi İlham Mazanlını andı

14/03/2022

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasınn mərhum müəllimi, dosent İlham Mazanlının kitablarının təqdimat mərasimi keçirilib.

Əvvəlcə mərhumun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Tədris tele-radio studiyasının hazırladığı videoçarx nümayiş olunub.

Tədbirin moderatoru dekan müavini Samir Mirzəyev qonaqları salamlayıb və tədbiri açıq elan edib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev İlham Mazanlı ilə bağlı xatirələrini bölüşüb, onun yazdığı kitabların əhəmiyyətindən bəhs edib. Onun ərsəyə gətirdiyi mükəmməl əsərlərin tələbələrin stolüstü kitabına çevriləcəyini vurğulayıb.

Digər çıxış edən fakültənin professor-müəllim heyəti İlham müəllimin həm pedaqoq kimi, həm də dəyərli insan kimi qəlblərdə  əvəzsiz yer  tutduğunu bildiriblər. Həyat eşqi ilə dolu olan elm adamının miras qoyduğu kitabların özünəməxsusluğunu vurğulayaraq, ona Allahdan rəhmət diləyiblər.

Sonda ailəsi adından çıxış edən mərhumun qohumu Aygün Xəlilqızı tədbirin təşkilinə görə fakültə kollektivinə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Jurnalistika fakültəsində 27 mart Elm günü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Həmin tədbirlərdən biri də bugün keçirilən 2 dərs vəsaitinin (Jurnalistika və müasir dövrün qlobal problemləri, Jurnalistika və beynəlxalq  humanitar hüquq )  təqdimatıdır.








Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009